“Qəbələ”nin müdafiəçisi Türkiyəyə getdi
20.02.2015 - 10:32
“Qəbələ”nin müdafiəçisi Türkiyəyə getdi

“Qəbələ”nin müdafiəçisi Ruslan Əmircanov yenidən Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü bir qədər əvvəl İstanbula yola düşüb.

 

Əmircanov səfər öncəsi əməkdaşımızla qısa söhbətdə müayinə olunmaq üçün Türkiyəyə getdiyini deyib: “Sol ayağımdakı ağrılar keçmək bilmir. Son günlər daha da artdığını gördüm. “Acıbadem” xəstəxanasında müayinə olunmaq üçün gedirəm. Yəqin ki, 3-4 gün Türkiyədə qalacam. Yalnız tibbi müayinədən sonra zədəmin ciddi olub-olmadığı üzə çıxacaq”.

 

Qeyd edək ki, Ruslan Əmircanov qış fasiləsindən sonrakı “Bakı” ilə ilk oyunda 90 dəqiqə meydanda qalsa da, ondan sonrakı qarşılaşmaların heç birində iştirak etməyib.