“Qəbələ”nin oyunlarının vaxtı dəyişdirildi
21.09.2015 - 17:31
Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan qurum “Qəbələ”nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib.
Topaz Premyer Liqasının VI turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr tarixindən 25 sentyabr tarixinə keçirilib. VII turun “Qəbələ” – “Xəzər Lənkəran” matçının vaxtı isə 3 oktyabr tarixindən 4 oktyabr tarixinə dəyişdirilib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0