“Qəbələ”nin rəqibi hücumçusu ilə yollarını ayırdı
01.07.2014 - 15:13
“Qəbələ”nin rəqibi hücumçusu ilə yollarını ayırdı

Avroliqanın I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Şiroki Briyeq” bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu İvan Barişiç ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

 

Qeyd edək ki, “Qəbələ” – “Şiroki Briyeq” qarşılaşması iyulun 3-ü saat 20:00-da keçiriləcək.