“Qəbələ”nin rəqibi xal itirdi
23.11.2015 - 08:54
“Qəbələ”nin rəqibi xal itirdi

Yunanıstan çempionatında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan PAOK “Panaitolikos”u qəbul edib.

 

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu xal itkisindən sonra hesabını 16-ya çatdıran PAOK 6-cı pillədə qərarlaşıb. Saloniki təmsilçisi 10 oyunda 10 qələbə qazanaraq, liderlik edən “Olimpiakos”dan 14 xal geri qalır.

 

Qeyd edək ki, noyabrın 26-da “Qəbələ”ni qəbul edəcək PAOK 4 gün sonra səfərdə “Kalloni” ilə görüşəcək.