“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin işsiz qalıb. Apasport.az saytının məlumatına görə, 68 yaşlı mütəxəssis Rusiyanın “Anji” klubunun çalışdırıcısı postunu tərk edib.
Mahaçqala təmsilçisi rəsmi saytı vasitəsilə Syominlə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son verildiyini açıqlayıb. Klub və baş məşqçi Rusiya çempionatının ilk 10 turundan sonra yaranan vəziyyəti təhlil edərək, “Anji”nin mənafeyi naminə bu addımın atılmasını zəruri sayıblar.
Belə ki, Rusiya Premyer Liqasının ilk 10 turundan sonra hesabında 6 xal olan “Anji” 16 komanda arasında sonuncu pillədə qərarlaşıb. Syominin vəzifəsindən ayrılmasından sonra komanda əvəzedici heyətin çalışdırıcısı Ruslan Ağalarova tapşırılıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı