“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin yeni vəzifəyə namizəd göstərilib. Apasport.az saytının məlumatına görə, tanınmış futbol veteranı Anzor Kavazaşvili 67 yaşlı mütəxəssisi Rusiya futbol İttifaqının prezidenti görmək istəyir.
Rusiya Premyer Liqasının I turunun oyunlarını şərh edən Kavazaşvili “Mordoviya”ya rəhbərlik edən Syomin haqda yüksək fikirdə olduğunu bildirib. O bildirib ki, mütəxəssis artıq bu postu tutmaq üçün lazın olan təcrübə və bacarığa malikdir: “Artıq Yuri Syominin Rusiya Futbol İttifaqının prezidenti postuna namizədliyinə də baxmaq olar. “Lokomotiv”, Kiyev “Dinamo”su və Azərbaycandakı fəaliyyəti dövründə o, təkcə mütəxəssis-məşqçi kimi təcrübəsi qazanmayıb, həm də savadlı menecment işi aparmaq qabiliyyətinə yiyələnib. Bu da indi çox vacibdir”.