“Qəbələ”nin sabiq qapıçısının “Moreyrense”yə keçidi baş tutmadı
05.07.2014 - 11:16
“Qəbələ”nin sabiq qapıçısının “Moreyrense”yə keçidi baş tutmadı

“Qəbələ”nin sabiq qapıçısı Dieqo Koşta Silvanın Portuqaliya elitasının debütantı “Moreyrense”yə keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdə çıxış etməzdən əvvəl Portuqaliyadakı karyerası ilə tanınan 35 yaşlı braziliyalı qapıçı bu komandaya keçə bilməyib.

Ancaq onun Portuqaliyadan başqa variantı da var. Bu, Portuqaliyanın I dəstə təmsilçisi “Belenensiş”dir.

Qeyd edək ki, Dieqo 2 il “Qəbələ”nin şərəfini qoruyub. O, ötən mövsümü, demək olar ki, zədəli olduğu üçün ötən boşa verib. Yayda isə klub onunla yeni müqavilə bağlamayıb.