[b]“Qəbələ”nin start heyətində 2 debütant[/b]
03.07.2014 - 17:34
[b]“Qəbələ”nin start heyətində 2 debütant[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında “Şiroki Briyeq” (Bosniya və Herseqovina) klubunu qəbul edəcək “Qəbələ”nin start heyəti açıqlanıb. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının xəbərinə görə, “qırmızı-qaralar” avrokuboklardakı debüt matçına 4-2-3-1 taktiki sxemi ilə çıxacaq.

Qapıda Kamran Ağayev dayanacaq. Müdafiənin solunda Elnur Allahverdiyev, mərkəzində Vladimir Levinlə Rafael Santos olacaq. Sağ cinahda Ruslan Tağızadə mübarizə aparacaq. 

Dayaq yarımmüdafiəçiləri kimi isə debütantlar Ruslan Abışovla Adrian Ropotan oynayacaq. Yarımmüdafiənin solunda Dodo, mərkəzdə Elvin Camalov və sağda Nizami Hacıyev mübarizə aparacaq. Hücum xəttində isə seneqallı Viktor Mendi yer alacaq.

“Qəbələ”nin start heyəti
 

Kamran Ağayev – Elnur Allahverdiyev, Vladimir Levin, Rafael Santos, Ruslan Tağızadə - Ruslan Abışov, Adrian Ropotan – Dodo, Elvin Camalov, Nizami Hacıyev – Viktor Mendi