“Qırmızı şeytan”a üç sevindirici xəbər birdən
24.11.2015 - 22:20
“Qırmızı şeytan”a üç sevindirici xəbər birdən

“Mançester Yunayted”in zədədən əziyyət çəkən üç futbolçusu məşqlərə başlayıb. Apasport.az saytının klubun rəsmi feysbuk hesabına istinadən verdiyi məlumata görə, komandanın kapitanı Ueyn Runi, fransız hücumçu Antoni Martial və yarımmüdafiəçi Maruan Fellaini zədələrini sağaldaraq komanda ilə birgə məşqlərə başlayıblar.

 

Qeyd edək ki, bu oyunçular Premyer Liqanın son turunda “Uotford”la oyunda meydana çıxmamışdılar.

 

Hər üç futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSV ilə matçda oynayacağı gözlənilir.