“Qovulacağımı düşünmürəm”
23.08.2015 - 15:55
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo istefa etmək ehtimalı haqqında yayılan söhbətlərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, ingilis jurnalistlərin suallarına zarafatla cavab verən Mourinyo bukmeker kontorlarının onun istefası üçün mərc qəbul etdiklərini bildiyini deyib:
“Bilirəm ki, artıq mənim istefam mərc kontorlarında ən üst sıralarda yer alır. Ancaq sizə məsləhət görürəm ki, bu varianta pul qoymayın. Çünki heç bir şansınız yoxdu. Mən istefa etmək fikrində deyiləm. Rəhbərliyin də məni qovacağını düşünmürəm”.
0
0