Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, sonuncu matç günündə Azərbaycan çempionu “Rabitə”nin rəqibləri də üz-üzə gəlib.
Belə ki, Çexiya klubu “Agel” doğma publika önündə Kazan “Dinamo”sunu sınağa çəkib. Görüşdə meydan sahibləri 3:1 (25:19; 25:22; 16:25; 25:17) hesabı ilə qalib gəlib.
Beləliklə, Rusiya təmsilçisini məğlub edən “Agel” xalını 7-yə çıxararaq, qrup 3-cüsü olub. Düzdü, “Rabitə”nin də aktivində 7 xal var. Lakin çexiyalılar set fərqinə görə təmsilçimizi qabaqlayıblar.
Qeyd edək ki, bu gün “Rabitə” Polşa “Ximik”inə tay-brekdə uduzub - 2:3.
|
Yer |
Komanda |
O |
Q |
M |
3:0 |
3:1 |
3:2 |
2:3 |
1:3 |
0:3 |
S |
T |
X |
|
1. |
Ximik |
6 |
4 |
2 |
2 |
1 |
1 |
2 |
0 |
0 |
16-9 |
543-506 |
13 |
|
2. |
Dinamo Kazan |
6 |
3 |
3 |
2 |
0 |
1 |
1 |
2 |
0 |
13-11 |
549-497 |
9 |
|
3. |
Agel |
6 |
3 |
3 |
0 |
1 |
2 |
0 |
1 |
2 |
10-14 |
488-543 |
7 |
|
4. |
Rabitə |
6 |
2 |
4 |
0 |
1 |
1 |
2 |
0 |
2 |
10-15 |
523-537 |
7 |