“Rahat yat, Tito. Əbədi olaraq səninlə!”
26.04.2014 - 03:31
“Rahat yat, Tito. Əbədi olaraq səninlə!”

 

“Barselona” futbol klubunun keçmiş baş məşqçisi Tito Vilanovanın ölümü futbol dünyasına böyük hüznlə qarşılanıb. Məşhur futbolçular və məşqçilər “Facebook” və “Twetter”dəki səhifələrində ürək sözlərini paylaşırlar. Apasport.az saytı onlardan bir neçəsini diqqətinizə çatdırır.

 

Coui Barton: “Rahat yat, Tito. Sən çox tez getdin”.

 

Sesk Fabreqas: “Tito, dünya futboluna və “Barsa”ya verdiklərinə görə çox sağ ol”.

 

Luis Suares: “Rahat yat, Tito. Ailəsinə və yaxınlarına güclü olmağı diləyirəm. Sizinləyəm”.

 

David Vilya: “Tito Vilanovanın yaxınları və dostlarına başsağlığı verirəm. O, əsl döyüşçünün rəmzi olacaq. Biz səni unutmayacağıq”.

 

Xavi: "Biz həmişə səninlə olacağıq, Tito. Rahat yat".

 

İker Kasilyas: "Vilanovanın ölümü bütün dünya futbolu üçün kədərli hadisədir. O bizim hamımız üçün güc və mərdlik nümunəsidir".  

 

Lionel Messi: “Titonu heç bir zaman unutmayacağam. Əbədi olaraq səninlə”.

 

Joze Mourinyo: “Tito Vilanovanın ölümü futbol dünyası, “Barselona”, xüsusən də onun ailəsi və dostları üçün kədərli gündür. “Çelsi” klubu adından bu ağır dəqiqələrdə dərin hüznümüzü bildirirəm”.