İspaniya La Liqasının XVI turunda baş tutan “Real” – “Rayo Valyekano” matçında tarixi rekord təkrarlanıb. Apasport.az saytının məlumatına görə, “kral klubu” buna 10:2 hesabı ilə qalib gələrək nail olub.
Madridlilər bununla 55 illik rekordu təkrarlayıblar. Belə ki, komanda sonuncu dəfə 1960-cı ildə “Elçe” ilə görüşdə 10 qol həddinə çatmışdı (11:2). Ümumiyyətlə, bu, “Real”ın tarixi ərzində minimum 10 qol vurduğu 4-cü oyun olub.
“Real”ın uelsli yarımmüdafiəçisi Qaret Beyl isə karyerası ərzində ilk dəfə məhz bu qarşılaşmada poker edib.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 33-ə çatdıran “Real” liderlə aradakı xal fərqini 2-yə endirib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”