“Real” “Atletiko”nun məğlubiyyəti üçün 2 milyon avro rüşvət verib – İDDİA
06.05.2014 - 06:49
“Real” “Atletiko”nun məğlubiyyəti üçün 2 milyon avro rüşvət verib – İDDİA

 

“Atletiko Madrid”in səfərdə “Levante”yə uduzmasından sonra İspaniyada şok iddia ortaya atılıb. Apasport.az saytının məlumatına görə, “Real Madrid” “Levente”yə böyük miqdarda rüşvət verib.

 

İspaniya mətbuatı və sosial şəbəkələrdə yazıldığına görə, “Real”ın prezidenti Florentino Perez “Atletiko”nun məğlub edilməsi halında “Levante”yə 2 milyon avro söz verib. La Liqada heç bir iddiası olmayan “Levante” futbolçularının qələbəni böyük sevinclə qeyd etmələrinin də bunun təzahürü olduğu vurğulanır.