Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bavariya” üzərində 4:2 hesablı qələbə qazanan “Real” yarımfinala yüksəlib. Apasport.az saytının məlumatına görə, ilk oyunda da qələbə qazanmış madridlilər bu nəticə ilə unikal göstəriciyəimza atıblar.
Belə ki, “kral klubu” ardıcıl 7-ci dəfə qitənin ən nüfuzlu klub turnirində yarımfinala yüksəlib. Maraqlıdı ki, “Real” bununla əzəli rəqibi “Barselona”nı qabaqlayıb. Katalonlar bu uğuru 6 dəfə təkrarlaya bilmişdilər.
Hazırda Luis Enrikenin rəhbərlik etdiyi komanda 2007/07 – 2012/13 mövsümləri arasında ən güclü 4 klubdan biri olub.