“Real” di Mariyanı satdı
13.07.2014 - 19:34
“Real Madrid” klubunun rəhbərliyi yarımmüdafiəçi Anxel di Mariyanı satmağa razılaşıb. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu 60 milyon avroya PSJ-yə satılıb.
Tərəflər arasında razılaşma klub prezidentlərinin iyulun 11-də axşam keçirilən görüşü zamanı əldə olunub. Məlumata görə, “Real” di Mariyanın satılmasından əldə olunan vəsaiti Xames Rodriqesin alınmasına sərf etməyə hazırlaşır.
0
0