“Real” hakimlərin püşklə seçilməsini istəyir
28.03.2014 - 23:44
“Real” hakimlərin püşklə seçilməsini istəyir

 

“Real Madrid” futbol klubunun rəhbərliyi İspaniya çempionatına hakim təyinatı sisteminin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, hazırda hakimlər xüsusi hakim komissiyası tərəfindən təyin olunur.

 

Madridlilərin prezidenti Florentino Peres isə hakimlərin püşk yolu ilə təyin edilməsi sisteminə qayıtmağı təklif edib. Qeyd edək ki, bu sistem İspaniyada 2004-ü ilə qədər qüvvədə olub. Sonra komandalar hazırkı sistemə keçməyə səs veriblər.

 

Bundan əlavə, “Real” daha bir məhdudiyyətin götürülməsini təklif edib. Hazırda hakimlərə öz vilayətlərindən olan komandaların oyununu idarə etmək qadağandır. Peres isə bu məhdudiyyətin ləğvini istəyir.