“Real” Hediranı da satır
14.07.2014 - 21:59
“Real” Hediranı da satır

 

Almaniya millisinin tərkibində dünya çempionu olan Sami Hedira karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Real Madrid” Hediranı “Arsenal”a satmağa razılıq verib.

 

Yarımmüdafiəçi özü də İngiltərə klubu ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Mənbənin bildirdiyinə görə, futbolçu “topçularla” 4 illik müqavilə imzalayacaq. Xatırladaq ki, bir il əvvəl Almaniya millisinin və “Real”ın daha bir futbolçusu Məsut Özil “Arsenal”a keçib.