“Real” Lixtştayneri istəyir
25.03.2014 - 01:53
“Real” Lixtştayneri istəyir

 

İspaniyanın “Real Madrid” futbol klubu “Yuventus”un müdafiəçisi Ştefan Lixtştaynerin alınmasını nəzərdən keçirir. Apasport.az saytının məlumatına görə, isveçrəli müdafiəçi “Real”a gələn mövsüm müdafiə xəttini möhkəmləndirmək üçün lazımdır.

 

Kral klubu bu mövsümün sonunda Fabio Koentrau, Marselu və Alvaro Albeloa ilə yollarını ayırmağı nəzərdə tutur. 30 yaşlı isveçrəli müdafiənin sol qanadını gücləndirmək üçün əsas namizəd sayılır.

 

Lixtştayner bu mövsüm 23 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.