“Real” mərkəz müdafiəçisi ilə müqaviləni yenilədi
18.09.2014 - 20:52
“Real” mərkəz müdafiəçisi ilə müqaviləni yenilədi

Çempionlar Liqasının son qalibi “Real” mərkəz müdafiəçisi Rafael Varanla üzünmüddətli müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, gənc futbolçu daha 6 il “Kral klubu”nun şərəfini qoruyacaq.

 

Fransa milli komandasının üzvünün yeni müqaviləsi 2020-ci ilin 30 iyununa qədər uzadılıb.

 

Qeyd edək ki, 2011-ci ildə “Lans”dan “Real”a keçən Varan İspanya klubunun heyətində 74 oyunda meydana çıxıb və rəqib qapıçılarını 4 dəfə cəzalandırıb.