“Real” mövsümün bütün turnirlərinə iddialıdır
17.04.2014 - 20:32
“Real” mövsümün bütün turnirlərinə iddialıdır

 

“Real Madrid” futbol klubunun prezidenti Florentino Peres komandasının İspaniya Kubokunun finalında “Barselona” üzərində qələbəsini şərh edib. Apasport.az saytının məlumatına görə, o, bu oyunda gərgin iş və futbolçuların özlərini fəda etmələri səbəbindən qalib gəldiklərini vurğulayıb.

 

Peres “Barselona”nın böyük və güclü komanda olduğunu etiraf edib: “Biz yüksək səviyyəli komandaya qarşı oyunda xeyli əziyyət çəkməli olduq. Hamı yaxşı oynadı. Bu, bütün dünyanın maraqla izlədiyi böyük futbol bayramı idi. Bu, təkcə “Real” və “Barselona” üçün deyil, bütün İspaniya futbolu üçün nailiyyətdir. “Barselona”ya oyuna görə təşəkkür etmək istərdim. Hesab edirəm ki, onlar çox yaxşı oynadılar, azarkeşləri isə özlərini çox yaxşı aparırdılar. Bunu bizim komanda və azarkeşlərimiz barədə də söyləmək olar. Biz Valensiyaya qələbə üçün gəlmişdik və qələbəni əldə etdik. Bizim mövsümdə ilk turnirdə qələbə qazanmağımız çox gözəldir. Bu, digər turnirlərdə – Çempionlar Liqasında və ölkə çempionatında qələbəyə əminlik yaradır. Biz maksimal nəticə əldə etmək istəyirik”.