“Real” Suaresi 90 milyon avroya almaq istəyir
05.06.2014 - 20:29
“Real” Suaresi 90 milyon avroya almaq istəyir

 

“Real Madrid” futbol klubu “Liverpul”un hücumçusu Luis Suaresə görə 90 milyon avro ödəməyə hazırdır. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Karlo Ançelotti klubun prezidenti Florentino Pereslə görüş zamanı uruqvaylı futbolçunun keçidini razılaşdırıb.

 

“Marca” qəzetinin yazdığına görə, kral klubu Suaresə görə pul xərcləməyə hazırdır. Bununla yanaşı, klub “Liverpul”la danışıqların da asan olmayacağına hazırdır. Çünki növbəti mövsüm İngiltərə çempionluğu uğrunda yarışa hazırlaşan “Liverpul” Suaresə böyük ümidlər bəsləyir.

 

Qeyd edək ki, hələlik Suaresin özünün “Real”a keçmək istəyib-istəməməsi ilə bağlı heç bir məlumat yoxdur.