“Real”a iki şok birdən
10.09.2015 - 20:16
Madridin “Real” klubu eyni vaxtda iki oyunçusunun xidmətindən istifadə edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, klubdan verilən açıqlamada bildirilib ki, Xames Rodrigez və Danilo Luis Da Silva zədələnib.
Kolumbiya ilə Peru arasındakı oyunda zədələnən Xamesin sol ayağında əzələ yırtığı olduğu aşkarlanıb. Danilonun isə sağ ayaq dabanından zədələndiyi bildirilib.
Hər iki oyunçunun da nə vaxt sıraya dönəcəyi haqqında klubdan rəsmi bir açıqlama verilmir, ancaq İspaniya mətbuatına inansaq, Danilo 1 ay, Xames Rodrigez isə təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0