“Real”da iki namizəd: yeni baş məşqçi italyan olacaq
25.12.2015 - 10:51
“Real”da iki namizəd: yeni baş məşqçi italyan olacaq

Rafael Benitesin işindən məmnun qalmayan “Real” rəhbərliyi artıq yeni baş məşqçi axtarışına çıxıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu” bu posta iki namizəd tapıb.

 

İlk namizəd Fabio Kapellodu. Rusiya millisindən ayrıldıqdan sonra işsiz qalan 69 yaşlı mütəxəssisin keçidi olduqca real görünür. Lakin Kapello ilə razılıq əldə olunmasa, İtaliya yığmasının çalışdırıcısı Antonio Konteyə təklif göndəriləcək. Konte də Avropa çempionatından sonra milli karyerasını tamamlayıb, klubda işləmək fikrindədi.

 

Qeyd edək ki, Fabio Kapello 1996-97 və 2006-07-ci illərdə “Real”ı çalışdırıb.