“Real”dan Raula idman direktorluğu təklifi
02.08.2014 - 06:42
“Real”dan Raula idman direktorluğu təklifi

 

“Real Madrid”in əfsanəsi Raul doğma komandasına qayıda bilər. Apasport.az saytının məlumatına görə, futbolçuya kral klubunun idman direktoru vəzifəsi təklif olunub.

 

Buna qədər klubun idman direktoru postunu Miqel Padersa tuturdu. 2009-cu ildən bu postda olan Padersa iyul ayının əvvəlində vəzifəsindən istefa verib.

 

Raul 16 il “Real”ın tərkibində çıxış edib. O, bu müddət ərzində 4 dəfə İspaniya çempionu olub və 3 dəfə Çempionlar Liqasında qalib gəlib. 36 yaşlı futbolçu komandanın tərkibində keçirdiyi oyunların (741 oyun) və vurulan qolların (323 qol) sayına görə rekordçudur. O, İspaniya millisinin heyətində də 102 oyun keçirərək 44 qol vurub. Buna baxmayaraq, Raul dünya və Avropa çempionu ola bilməyib.