“Real”dan yubiley qələbəsi
23.02.2015 - 09:15
“Real”dan yubiley qələbəsi

İspaniya La Liqasının XXIV turu çərçivəsində “Real” yubiley qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Madrid klubu ölkə çempionatında qol buraxmadan qələbə qazandığı görüşlərin sayını 900-ə çatdırıb.

 

“Kral klubu” bu rəqəmə 2672-ci matçda çatıb. Amma bu baxımdan “Real” “Barselona”dan geri qalır. Kataloniya klubu 955 dəfə meydançanı qol buraxmadan qalib tərk edib. Digər yerləri isə “Atletiko” (788), “Valensiya” (783) və “Atletik” (751) tuturlar.

 

Qeyd edək ki, “Real”ın qapıçısı İker Kasilyas da bu klubun forması altında 171-ci dəfə qarşılaşmanı qol buraxmadan başa vurub.