“Real”ın ayağı qırılan futbolçusu əməliyyat olundu
06.02.2015 - 00:02
“Real”ın ayağı qırılan futbolçusu əməliyyat olundu

“Real”ın yarımmüdafiəçisi Xames Rodriqes əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, sağ ayağı qırılan Kolumbiya millisinin futbolçusunun əməliyyatı uğurla başa çatıb.

 

Qeyd edək ki, İspaniya La Liqasının XVI turundan təxirə salınmış matçda “Sevilya” ilə qarşılaşmanın 12-ci dəqiqəsində hesabı açan Xames bundan 15 dəqiqə sonra zədələnərək əvəzlənib. 24 yaşlı oyunçunun tibbi müayinə zamanı sağ ayağının qırıldığı məlum olub. Onun 2 ay ayşıl meydanlardan uzaq qalacağı bildirilirdi.