“Real”ın futbolçusu “Mançester Yunayted” yolunda
04.02.2015 - 14:14
“Real”ın futbolçusu “Mançester Yunayted” yolunda

Madrid “Real”ının fransalı müdafiəçisi Rafael Varan karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.

 

Premyer Liqa klubunun rəhbərliyi qarşı tərəfə rəsmi təkliflə müraciət edib. "Mançester Yunayted" Varana görə 35 milyon funt-sterlinq xərcləməyə hazırdı. Əgər Varanın transferi baş tutmasa, mançesterlilər Dortmund “Borussiya”sının üzvü Mats Hummelslə danışığa başlayacaqlar.

 

Qeyd edək ki, Varanla “Çelsi” də maraqlanır. Öz növbəsində, “Real” rəhbərliyi də onunla əməkdaşlığı davam etdirmək niyyətindədi.