Madrid “Real”ının müdafiəçisi Alvaro Arbeloa karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu ilə sabiq klubu “Liverpul”, həmçinin “Arsenal” yaxından maraqlanır.
Hər iki klub ispan futbolçunu heyətinə qatmaqda israrlıdı. “Real”da əsas heyətə nadir hallarda düşən Arbeloa da İngiltərəyə köçməyin əleyhinə deyil. Bir müddət öncə “Çelsi”nin də təcrübəli futbolçu ilə yaxından maraqlandığı haqda xəbərlər yayılsa da, onun “Liverpul”a dönəcəyi daha inandırıcı görünür.
Qeyd edək ki, Arbeloa İspaniya çempionatının cari mövsümündə 12 oyunda meydana çıxıb.