“Real”ın müdafiəçisi PSJ ilə anlaşdı
24.08.2015 - 14:15
“Real”ın müdafiəçisi PSJ ilə anlaşdı

Madrid “Real”ı müdafiəçisi Fabio Koentrao ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, portuqaliyalı futbolçu bu ölkəyə köçməyə hazırlaşır.

 

27 yaşlı oyunçu PSJ ilə anlaşıb. Klublar arasında danışıq artıq müsbət yekunlaşıb. Anlaşmaya görə, “Real” Koentraonu mövsümün sonuna qədər Paris klubuna icarəyə verəcək. PSJ “Monako”nun müdafiəçisi Levin Kurzavanı transfer edə bilməyincə, Koentraonu heyətinə qatmaq qərarına gəlib. Futbolçu bu həftə Parisə yollanıb, rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, “İnter” də Fabio Koentraonu transfer etməyə çalışırdı.