“Real Madrid”in prezidenti Florentino Peres klubun simvolu olan İker Kasilyasın komandadan getməsi ilə bağlı şayiələrə birdəfəlik cavab verib. Apasport.az saytının məlumatına görə, Peres qapıçılarını heç bir yerə buraxmayacaqlarını bəyan edib.
Bununla yanaşı, “Real”ın prezidenti Kasilyasın getmə şərtlərini də açıqlayıb: “Kasilyas bizim komandamızın ən qiymətli oyunçularından biridir. O, bizim klubun heyətində 9 yaşından çıxış edir və bildiyimə görə, karyerasını burada başa vurmaq istəyir. O, “Real”da qalır: onun qüvvədə olan müqaviləsi var və orada 150 milyon avroya satıla biləcəyi yazılıb. Biz ümumilikdə oyunçularımızın heç biri ilə ayrılmağı düşünmürük. Di Maria, Benzema, Hedira satış üçün deyillər. Aquero və Poqba? Güman edirəm ki, onlar bizim komandada olmayacaqlar”.