“Real”ın prezidentindən Zidana baş məşqçilik təklifi
24.06.2014 - 19:45
“Real”ın prezidentindən Zidana baş məşqçilik təklifi

 

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelottinin köməkçisi Zinəddin Zidan klub rəhbərliyindən təklif alıb. Apasport.az saytının məlumatına görə, o, “Kastiliya”nın (“Real”ın ikinci komandası) baş məşqçisi ola bilər.

 

Zidan növbəti mövsümdən özünü müstəqil baş məşqçi kimi sınamaq istəyir. Fransanın “Bordo” klubu ona bu postu təklif etmişdi. Amma tərəflər arasında danışıqlar uğursuz başa çatdığından, Zidan öz postunda qalmaq qərarı vermişdi.

 

“Real”ın prezidenti Florentino Peres Zidanın arzusunu bildiyindən, ona “Kastiliya”nın baş məşqçisi postunu təklif edib. Zidan hazırda bu təklif üzərində düşünür.