“Real”ın yeni baş məşqçisi: Evimə qayıtdım
03.06.2015 - 17:47
“Real”ın yeni baş məşqçisi: Evimə qayıtdım

“Mənim üçün xüsusi gündü. Çünki evimə qayıtdım”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid “Real”ının yeni baş məşqçisi Rafael Benites deyib.

 

“Kral klubu” ilə 3 illik müqavilə imzalayan təcrübəli çalışdırıcı sevinc hisslərini bölüşüb. Benites komandasının titullar qazanacağına dair söz verib: “Təbii ki, futbolçulara güvənirəm. Onlardan bütün titulları qazanmalarını gözləyirəm. Biz bunu bacaracağıq. Əsas şərtlərdən biri də komandanın yaxşı oyun göstərməsidi. İnanıram ki, bütün bunların öhdəsindən gələcəyik”.

 

Qeyd edək ki, Benites bu postda italiyalı çalışdırıcı Karlo Ançelottini əvəzləyib.