“Ronaldonun yoxluğu bizim üçün yaxşı olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real Sosyedad”ın müdafiəçisi İniqo Martines deyib.
“Real”ın hücumçusu Kriştianu Ronaldo “Kordoba” ilə La Liqanın XX turu çərçivəsində rəqib komandanın futbolçusu Edimarı vurduğu üçün meydandan qovulub. Buna görə də portuqaliyalı forvarda İspaniya Futbol Federasiyasının İntizam Komitəsi iki oyunluq cəza kəsib.
XXI turda “Real”la üz-üzə gələcək “Real Sosyedad”ın futbolçusu isə Ronaldonun yoxluğuna sevinir: “Biz bilirik ki, Kriştianu fantastik oyunçudu və o, qol vurmaqda heç də çətinlik çəkmir. Ronaldo meydanda heç vaxt dayanmır. Onun yoxluğu bizim üçün daha asan olacaq”.
Qeyd edək ki, “Real” - “Real Sosyedad” matçı yanvarın 31-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.