“Rəqibi bütün komponentlərdə üstələdik”
01.04.2015 - 13:22
“Rəqibi bütün komponentlərdə üstələdik”

“Əla oyun keçirdik. Bütün qarşılaşmanı tam nəzarətimizdə saxlaya bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Danimarka millisinin baş məşqçisi Bent Kristensen deyib.

 

Avropa çempionatının elit-raundunun Azərbaycanla oyunu haqda fikirlərini açıqlayan mütəxəssis 3:0 hesablı qələbədən məmnunluğunu gizlətməyib: Qarşılaşmada 7-8 təmiz qol epizodu yaratdıq. Öz qapımızı isə çox yaxşı qoruya bildik Biz rəqibi bütün komponentlərdə üstələdik. Əvvəlki iki qarşılaşmada belə qol imkanları yarada bilmədiyimizə təəssüflənirəm”.

 

Qeyd edək ki, danimarkalılar yığmamız üzərində qələbəyədək Fransa (0:2) və İngiltərəyə (2:3) məğlub olmuşdu.