“Rəvan”dan Braziliyaya
05.07.2014 - 14:05
“Rəvan”dan Braziliyaya

“Rəvan”ın sabiq yarımmüdafiəçisi Tyaqo Mirasema özünə yeni klub tapıb. Apasport.az torcedordevantagens.com.br saytına istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.

Hücumameyilli yarımmüdafiəçi Braziliya B seriyası təmsilçisi “İkasa” ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Tyaqo Mirasema qışda Braziliyanın “Sampayo Korrea” klubundan “Rəvan”a keçmişdi. O, Bakı klubunda yarım mövsümə 12 oyun keçirmiş və 3 qola imza atmışdı.