“Roma” “Barselona”nın keçmiş oyunçusunu aldı
06.06.2014 - 04:30
“Roma” “Barselona”nın keçmiş oyunçusunu aldı

 

Malili yarımmüdafiəçi Seydu Keyta “Valensiya” futbol klubundan “Roma”ya keçib. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 34 yaşlı keçmiş oyunçusu ilə müqavilə 2015-ci il iyunun 30-a qədər qüvvədə olacaq.

 

Keyta “Barselona”nı ötən mövsümün ortasında tərk edərək, “Valensiya”ya keçib. O, “Sevilya”, “Marsel”, “Loryan”, “Lans”, eləcə də Çinin “Dalyan Aerbin” klublarının da şərəfini qoruyub. Keytanın aktivində milli komandanın tərkibində keçirdiyi 90 oyun var.