“Roma”nın son vaxtlar göstərdiyi zəif oyun klubun azarkeşlərini də özündən çıxarıb. Apasport.az saytının “Gazzetta dello Sport”a istinadən məlumatına görə, fanatlar paytaxt klubunun futbolçularına müxtəlif vasitələrlə etirazlarını bildirirlər.
Bir müddət əvvəl “canavarlar”ın məşqinə yerkökü ilə gələn azarkeşlər bu dəfə də etirazlarını yumurta ilə bildiriblər. Roma restoranlarının birində kollektiv şəkildə Yeni il yeməyi yeyən futbolçular əvvəlcə fanatlar tərəfindən fitə basılıblar. Daha sonra isə bir qrup komandanın avtobusunu yumurta atəşinə tutub.
Qeyd edək ki, son həftələrdə A seriyasında istədiyi kimi çıxış edə bilməyən “Roma”nın İtaliya kubokunun 1/8 final mərhələsi oyununda “Spesiya”ya məğlub olması azarkeşlərin səbrini daşıran son damla olub.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”