“Roma” yeni məşqçi axtarışına çıxdı
18.12.2015 - 17:07
“Roma” rəhbərliyi yeni məşqçi axtarışına çıxıb. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar” hazırkı çalışdırıcı Rudi Qarsiyanın işindən narazıdılar.
Məhz bu səbəbdən paytaxt klubunun sahibi Ceyms Pallotta onunla yolların ayrılmasına dair göstəriş verib.
Həmin postu tutmağa 2 real namizəd var. Bunlar Luçano Spalletti və Marselo Byelsadı. Byelsadan fərqli, Spalletti əvvəl “Roma”nı çalışdırıb.
Qeyd edək ki, istefaya göndəriləcəyi deyilən Qarsiya isə 2013-cü ildən romalıların “sükanı” arxasındadı.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0