“Roma” daha bir aparıcı futbolçusunun xidmətindən məhrum qala bilər. Apasport.az saytı xəbər verir ki, “canavarlar”ın kapitanı Françesko Totti zədədən əziyyət çəkir.
Veteran futbolçu bu gün səhər məşqində trenajor zalında hazırlıq keçməklə kifayətlənib. Onun A Seriyasının XXII turu çərçivəsində “Kalyari” ilə sabah keçiriləcək matçda iştirakı sual altındadı. Klubun həkimləri Tottini nəyin bahasına olursa-olsun bu qarşılaşmaya yetişdirməyə çalışır.
Qeyd edək ki, “Roma”da həmçinin Daniele de Rossi, Viktor İbarbo, Kevin Strutman, Xuan İturbe, Leandro Kastan, Federiko Balzaretti, Kostas Manolas, Alessandro Florentsi, Jervinyo və yeni transfer Seydu Dumbia hazırda zədəlidilər.