“Roma”nın yeni transferi sıradan çıxdı
06.02.2015 - 00:08
“Roma”nın “Kalyari”dən icarəyə götürdüyü hücumçu Viktor İbarbo üçün bu keçid uğurlu alınmayıb. Apasport.az xəbər verir ki, “canavarlar”ın 24 yaşlı futbolçusu zədələnib.
Paytaxt klubunun rəsmi saytının məlumatına görə, İbarboya baldır əzələsinin dartılması diaqnoz qoyulub. Kolumbiyalı forvard təxminən beş həftə komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, “Roma” Viktor İbarbonun keçidi üçün qarşı tərəfə 12,5 milyon avro ödəyib.
0
0