“Rusiya karyeramın uğurlu alındığını deyə bilmərəm” - MÜSAHİBƏ
27.06.2014 - 08:46
“Rusiya karyeramın uğurlu alındığını deyə bilmərəm” - MÜSAHİBƏ

“İnter”in yeni transferləri Mirzağa Hüseynpur klubunun saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ötən mövsümü “Sumqayıt”ın heyətində keçirən yarımmüdafiəçi “İnter”ə keçidindən, komandaya uyğunlaşmasından və Avstriya toplanışından danışıb.

 

- “İnter”ə keçidiniz necə alındı?

- Kaxaber Sxadadze kimi ixtisaslı məqşçinin mənə diqqət yetirməsi mənim üçün çox xoş idi. Demək olar bu təklifə həmən razılıq verdim. “İnter”ə keçidim də belə baş tutdu.

 

- Necə düşünürsüz, sizin hansı üstünlüyünüz “İnter”in sizə təklif göndərməsinə səbəb oldu?

- Ola bilər oyun tərzimə görə baş məşqçinin diqqətini cəlb etdim. “İnter”in sərgilədiyi oyun tərzi mənə xoş təsir bağışlayır. Məşqlərdə fəal şəkildə ötürmələr edirik və qaçırıq. Taktiki tapşırıqlar üzərində çox çalışırıq, bir sözlə, baş məşqçi bizdən taktiki savadlılığa və oyun tərzimizə riayət etməyimizi tələb edir.

 

- Ötən mövsüm sizin üçün heç də pis alınmadı. “Sumqayıt” Premyer Liqada yerini saxladı, siz də vacib oyunlarda özünüzü yaxşı tərəfdən göstərdiz.

- Hesab edirəm ki, mövsüm mənim üçün yaxşı alındı, axı, onun bitməsindən sonra “İnter”ə keçdim. Lakin ötən mövsümün mənim üçün asan olmadığını, müəyyən problemlərim yarandığını etiraf etməliyəm. Çünki müəyyən anda mən getdim, ancaq yenidən qayıtdım və yalnız çempionatın sonu uğurlu alındı.

 

- “Sumqayıt”a qədər siz Rusiyada oynamısız. Karyeranıza orada başladınız və bir neçə il bu ölkədə çıxış etdiniz. Bu barədə nə deyə bilərsiz?

- Futbol oynamağa Rostov vilayətində başlamışam. Sonra Gəlincikdə oynadım, daha sonra Olimpiya Ehtiyat Məktəbində keçdim və burada 1 il çıxış etdim. Bundan sonra Rostovun “XXI əsr” Uşaq Gənclər Futbol Məktəbində 5 il futbol oynadım, ardınca “Rostov” klubunun əvəzedici heyətinə keçdim. Tezliklə toplanışa hazırlanan əsas komandaya dəvət etdilər, ancaq aldığım zədə komandaya qoşulmağa imkan vermədi. Zədədən sonra Novoçerkask şəhərinin “MİTOS” klubuna keçdim. Karyeramın Rusiyanın ikinci liqasında uğurlu alındığını deyə bilmərəm. Orada 2 il oynadım və sonra Azərbaycana gəldim.

 

- “İnter”də əsas heyət uğrunda böyük rəqabət var. Bu mübarizəyə hazırsınızmı?

- Hətta daha az iddiasız komandada da əsas heyətdə yeri asanlıqla vermirlər. Əsas yerə layiq olduğunu həmişə təsdiqləmək lazımdır. Əgər buradayamsa, deməli, gücümə və özümə inanıram. Əsas heyət uğrunda mübarizəyə hazıram, çox çalışacağam. Bizim çox güclü futbolçularımız və rəqabət var, kimin oynayacağına da baş məşqçi qərar verəcək. Kaxaber Sxadadze çox güclü futbolçu olub və indi də o, futbol fəlsəfəsini məşqçi timsalında həyata keçirir. Təbii ki, kimin əsas heyətin tərkibində meydana çıxacağını o, daha yaxşı bilir.

 

- Artıq bir aydır “İnter”in heyətindəsiniz. Yeni komandaya uyğunlaşmağınızın artıq başa çatdığını demək olarmı?

- Əlbəttə. Bizim çox güclü futbolçularımız var və onlar ilk növbədə çox yaxşı insanlardır. Komanda yoldaşlarım çox mehribandırlar. Bəzilərini “Sumqayıt”da çıxış etdiyim zamandan tanıyırdım. “İnter”ə uyğunlaşmağım çox asan keçdi.

 

- Təlim-məşq toplanışının gedişi barədə nə deyə bilərsiniz? Yükləmələrlə bacarmaq çətin deyil?

- Xeyr, çətin deyil, ona görə ki, hamı belə yükləmələrə hazırdır. Birinci toplanışda diqqət əsasən fiziki yükləmələrə yönəldilmişdi. Həmişə belə olur. Biz çox qaçırdıq və məşqlər çox intensiv olurdu, amma bizə bu toplanışı yaxşı keçirmək müyəssər oldu. Etiraf edim ki, hətta məzuniyyətdə olan zaman fərdi qaydada qaçırdım, trenajor zalında məşq edirdim.

 

- Sizə qədər 9 nömrəli köynəkdə nəinki “İnter”də oynamış, hətta indiyədək Azərbaycan çempionatında mübarizə aparmış ən təcrübəli və tanınmış futbolçulardan biri Aleksandr İaşvili çıxış edirdi. Ümumiyyətlə, bu nömrədən komandaların bir qayda olaraq aparıcı futbolçuları istifadə edirlər. Bu faktor sizə əlavə məsuliyyət verirmi?

- 9 nömrəli formada oynamaq mənim üçün böyük şərəfdir, buna qədər həmin formada Aleksandr İaşvili kimi təcrübəli futbolçu çıxış etmişdi. İnşallah, mən bu nömrəyə uyğun gələrəm! Etiraf edim ki, bu nömrəni seçməzdən öncə soruşdum. 9 nömrə - böyük məsuliyyətdir. “İnter”ə kömək etmək və mənə göstərilən etimadı doğrultmaq istəyirəm.