“Qazprom”un sponsorluq etdiyi Almaniyanın “Şalke” futbol klubu prezident Vladimir Putinin Moskvaya səfər dəvətindən imtina edib. Apasport.az saytının məlumatına görə, komandanın nümayəndəsi yaranmış siyasi vəziyyətdə belə bir dəvətin qəbul edilməsinin yersiz olduğunu vurğulayıb.
Onun sözlərinə görə, komanda Braziliyada keçiriləcək dünya çempionatından sonra Moskvaya səfərə hazırlaşırmış. Amma bu qərar yerli siyasətçilərin və ictimaiyyətin tənqidinə məruz qalıb.
Klub nümayəndəsi onu da bildirib ki, “Şalke” Moskvaya mümkün səfərin nəzərdən keçirilməsi məsələsinə qayıdacaq. Amma bu addım Moskva və Qərb ölkələri arasındakı gərginliyin səngiməsindən sonra atılacaq.