“Şalke”ni keçmiş futbolçusu çalışdıra bilər
27.05.2015 - 17:51
“Şalke”nin yeni baş məşqçinin kim olacağı dəqiqləşmək üzrədi. Apasport.az saytı xəbər verir ki, Gelzenkirhen klubu keçmiş futbolçusu Mark Vilmotsla danışıq aparır.
Hazırda Belçika yığmasını çalışdıran Vilmotsun Almaniyaya köçmək ehtimalı çoxdu. “Şalke” rəhbərliyi nəyin bahasına olursa-olsun onu baş məşqçi postuna gətirmək niyyətindədi.
Müqaviləsinə əsasən, 1 milyon avro qarşılığında Vilmots millidən sərbəst buraxıla bilər.
Qeyd edək ki, əvvəllər “Şalke”də işləmiş Vilmots 2012-ci ildən Belçika yığmasını çalışdırır.
0
0