“Sampdoriya”dan yenilik: topları qızlar daşıyacaq
04.08.2014 - 22:50
İtaliyanın “Sampdoriya” klubunun rəhbərliyi yeni mövsümdən eksperiment keçirmək istəyir. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən başlayaraq komandanın ev oyunlarında topu ənənəvi olaraq oğlanlar deyil, qızlar daşıyacaq.
Klubun prezidenti Massimo Ferrero hesab edir ki, bu təşəbbüs “Sampdoriya”nın müsbət imicinin formalaşmasına kömək edə bilər.
Qeyd edək ki, “Sampdoriya” yeni mövsümdə ilk ev oyununu sentyabrın 14-də “Torino”ya qarşı keçirəcək.
0
0