“Şanslardan istifadə edə bilmədik”
19.02.2015 - 19:51
“Şanslardan istifadə edə bilmədik”

“Sürətli oyun oldu. Komandalar mübarizə apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

 

O, Topaz Premyer Liqasının XXIII turu çərçivəsində evdə “Sumqayıt”la 1:1 hesablı bərabərə qalmalarına şərh verib: “Bizim problem o idi ki, şanslardan istifadə edə bilmədik. Düzdür, qol buraxdıqdan sonra hesabı bərabərləşdirə bildik. Sadəcə, bərabərlik qolundan sonra nə qədər çalışsaq da, qələbə qolunu vura bilmədik”. (pfl)