“Şaxtyor” rəsmisi: Luçesku heç bir yerə getmir
14.06.2014 - 06:01
“Şaxtyor” rəsmisi: Luçesku heç bir yerə getmir

 

“Şaxtyor” futbol klubunun baş direktoru Sergey Palkin Mirça Luçeskunun “Qalatasaray”a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Donetsk klubunun rəsmisi rumıniyalı mütəxəssisin heç bir yerə getmədiyini iddia edib.

 

Palkin belə bir şeyin danışıqlar mövzusu olmadığını vurğulayıb: “Bu xəbərlərin haradan çıxdığını bilmirəm. Biz Kiyevdə Ukrayna futbolunun gələcəyi ilə bağlı görüşdə iştirak edəcəyik. Oradan Donetskə yollanacağıq. Növbəti mövsümə hazırlıq başlayır. Luçesku ilə daima əlaqə saxlayıram. Luçesku harasa getmək istədiyini bildirməyib. Getmək istəsəydi, klubumuzun sahibi Rinat Əhmədov onu buraxardı. Amma Luçesku heç bir yerə getmir”.