“Şaxtyor” üçün AFFA rəsmisi
15.10.2014 - 13:07
“Şaxtyor” üçün AFFA rəsmisi

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək BATE (Belarus) - "Şaxtyor" (Donetsk, Ukrayna) oyununa iştirak edəcək.

 

AFFA rəsmisi qarşılaşmada tədbirin direktoru (UEFA Venue Director) olacaq. Bu matç oktyabrın 21-də, Borisov şəhərindəki “Borisov Arena”da keçiriləcək.

 

Mənbə: affa.az

0