Avropa Liqasında keçiriləcək “İnter” (Azərbaycan) – “Tiraspol” (Moldova) oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin iyulun 10-da baş tutacaq cavab matçı Kiprdən olan hakimlər briqadasına tapşırılıb.
"Şəfa" stadionunda keçiriləcək qarşılaşmada Marios Panayi fit çalacaq. Ona həmyerliləri kömək edəcək. Matçın hakim-inspektoru isə Belarusdan olacaq.
21:00. “İnter” (Azərbaycan) – “Tiraspol” (Moldova)
Baş hakim: Marios Panayi
Baş hakimin köməkçiləri: Xaralambos Xaralambus, Stelios Nikita
Dördüncü hakim: İoannis Anastasiou (hamısı Kipr)
Hakim-inspektor: Oleq Çikun (Belarus)
Bakı. “Şəfa” stadionu
Mənbə: affa.az
“İnter” – “Tiraspol” matçı kiprli hakimlərə tapşırıldı
01.07.2014 - 11:33
0
0