“0:3 hesabı ilə məğlub olsaq da, komandadan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının I turunun “Qarabağ”la oyunu haqda fikirlərini bildirib. O qeyd edib ki, yetirmələri uduzsa da, pis təsir bağışlamayıb: “Çox maraqlı oyun oldu. Arzu edirik ki, həm “Qarabağ”, həm də “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Səhvlərimiz olmalı idi, çünki, “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi bizimkilərdən yüksəkdi”.
Qeyd edək ki, “Sumqayıt2 öz meydanındakı görüçşdə 0:3 hesabı ilə uduzub.